ABŞ və AB-nin regiona münasibətindən narahatıq – Dönməz

ABŞ və AB-nin regiona münasibətindən narahatıq – Dönməz

Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik regional təhlükəsizliyin vacib prioritetləridir. İkinci Qarabağ müharibəsinin nəticəsi bu məqsədə çatmaq üçün münasib imkanlar yaradıb.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Fatih Dönməz Zonquldaqda QDİƏT PA-nın İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci iclasında deyib.

F.Dönməzin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin olmaması Cənubi Qafqazda sülh yolunda əsas maneədir.

Eyni zamanda, o, ABŞ, AB və bir sıra Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə münasibətini balanslaşdırılmamış və birtərəfli adlandırıb.

O bildirib ki, Ankara bundan sonra da bütün regionda, o cümlədən Yaxın Şərqdə və Ukraynada ziddiyyətlərin, münaqişələrin həllinə töhfə verməyə çalışacaq.

Teqlər: