ABŞ hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru vəzifəsi üçün Nigeriyayanın namizədi Ngozi Okonco-İvealanı dəstəkləyir.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın ticarət nümayəndəsinin apartının yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilir: “Vaşinqton Administrasiyası ÜTT-nin Baş direktoru olaraq Ngozi Okonco-İvealanın namizədliyini qəti şəkildə dəstəklədiyini elan etməkdən məmnunluq duyur”.
Qeyd edilir ki, ABŞ Koreyanın ticarət naziri Yu Myon Hinin öz namizədliyini geri götürməsi barədə qərarına hörmətlə yanaşır.