ABŞ Ukraynaya yardım üçün daha 100 milyon dollar ayıracaq

ABŞ Ukrayna polisi və sərhədçiləri üçün zirehli texnika,
avadanlıq, dərman alınmasına daha 100 milyon dollar ayıracaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken
bildirib.

“Əlavə vəsaitlər Ukraynanın sərhəd xidmətləri və polisi üçün
qoruyucu vasitələrin, sahə avadanlığının, taktiki avadanlıqların,
dərmanların, rabitə vasitələrinin tədarükünü davam etdirməyə imkan
verəcək”, – deyə E.Blinken qeyd edib.

Onun sözlərinə görə, bu yardım “Ukrayna Daxili İşlər Nazirliyinə
lazımi sərhəd təhlükəsizliyini təmin etmək, hüquq-mühafizə
funksiyalarını yerinə yetirmək və mühüm infrastrukturu qorumaq üçün
daha çox imkanlar verəcək”.