ABŞ Ukraynaya neçə HIMARS verə biləcək?

ABŞ Ukraynaya neçə HIMARS verə biləcək?

ABŞ Ukraynaya bacardığı qədər çox HIMARS qurğusu verməyə hazırdır.

AzerTimes “Azadlıq”radiosuna istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit danışıb.

“Düşünürəm ki, indi məqsəd verəcəyimiz arsenalın sayını 25-30-a çatdırmaqdır. Və bu, HIMARS və Böyük Britaniyadan bir neçə MLRS sistemlərinin kombinasiyası olacaq. Biz Ukraynanı bacardığımız qədər çox təmin etməyə çalışacağıq”, – Smit bildirib.

Qeyd edək ki, Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Silahlı Qüvvələrinə mümkün qədər tez zamanda Amerikanın HIMARS kimi ən azı 50 effektiv reaktiv yaylım atəşi sistemlərinə ehtiyacı olduğunu demişdi.

Teqlər: