ABŞ Ukraynaya maliyyə yardımını dayandırdı

ABŞ Ukraynaya maliyyə yardımını dayandırdı

ABŞ administrasiyası uzunmüddətli maliyyə çatışmazlığı səbəbindən Ukraynaya yardım üçün müqavilə layihələrini faktiki olaraq dondurub.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Bizim Ukraynanın yaxın gələcəkdə özünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam etmək imkanımız olsa da, biz indiki təhlükəsizliklə bağlı maliyyə yardımımızın böyük hissəsini artıq dayandırmışıq”, – o deyib.

Dövlət Departamentinin sözçüsü ABŞ-ın tezliklə Ukraynaya daha bir yardım paketi göndərəcəyini bildirsə də, bunun özündə nələri ehtiva edəcəyini bildirməyib.

Teqlər: