ABŞ Ukraynaya kömək üçün hərbi komandanlıq yaradır

ABŞ Ukraynaya kömək üçün hərbi komandanlıq yaradır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna ordusunun silah-sursatını və təlimini koordinasiya edəcək yeni komandanlığın formalaşdırılması üzərində işlərə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, bu, Ukraynaya silah tədarükünün qaydaya salınmasını təmin etmək məqsədilə edilir. ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir. Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq.

Teqlər: