ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürür – Pentaqon rəhbəri

ABŞ-ın müdafiə naziri Loyd Ostin təsdiqləyib ki, Birləşmiş
Ştatlar Ukraynaya, xüsusən də ölkənin şərqində döyüş əməliyyatları
üçün kəşfiyyat məlumatları ötürür.

Trend “CNN”
kanalına istinadən xəbər verir ki, nazir bunu ABŞ Senatının Silahlı
Qüvvələr Komitəsində dinləmələr zamanı deyib.

“Bəli, biz onlara (Ukrayna tərəfinə – red.) bu cüm əməliyyatları
aparmaq üçün kəşfiyyat məlumatları ötürürük”, – o qeyd edib.

L.Ostin vurğulayıb ki, söhbət, xüsusilə, Ukraynanın şərqindəki
əməliyyatlardan gedir.

Teqlər: