ABŞ Ukraynaya daha 600 milyon hərbi yardım ayırdı

ABŞ Ukraynaya daha 600 milyon hərbi yardım ayırdı

ABŞ Prezidenti Co Bayden Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“ABŞ Dövlət katibinə Ukraynaya yardım üçün 600 milyon dollara qədər vəsait ayırmaq səlahiyyətini verirəm”, – Bayden bildirib.

Pentaqon isə qeyd edib ki, paketə HİMARS raket sistemləri üçün döyüş sursatı, gecəgörmə sistemləri, minatəmizləmə avadanlıqları, 105 və 155 mm-lik artilleriya mərmiləri və digər avadanlıqlar daxil olacaq.

Teqlər: