ABŞ Ukraynaya bu silahı verməyə qorxur

ABŞ Ukraynaya bu silahı verməyə qorxur

ABŞ Hərbi Hava Qüvvələri “Reaper” pilotsuz təyyarələrini Ukraynaya təhvil verməyi təklif edib, lakin Pentaqon tərəddüd edir.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrindən belə bir təklif Rusiya və Ukrayna arasında genişmiqyaslı müharibənin başlamasından 5 ay sonra gəlib. Lakin Pentaqon bu PUA-ları Ukraynaya verib-verməmək barədə hələ qərar verməyib.

Nəşr qeyd edir ki, ABŞ Müdafiə Nazirliyində qorxular PUA-ların vurulması halında gizli texnologiyaların ötürülməsi ilə əlaqədardır.

Məlumata görə, Pentaqonun bu mövqeyi Ukrayna tərəfini məyus edib. Bundan başqa, Ukrayna partnyorlarına yalnız Rusiyanın Ukraynadakı mövqelərinə zərbələr endirmək üçün pilotsuz təyyarələrdən istifadə edəcəklərini və zərbələrdən əvvəl ABŞ-la potensial hədəflər barədə məlumat paylaşacağını vəd edir.

Bundan əlavə, bu PUA-ları istehsal edən “General Atomics” şirkətinin rəhbərləri Ukrayna rəsmiləri ilə təmasda olub, Amerika tərəfinin qaydalarına və tələblərinə uyğun texnologiyaların ötürülməsi razılaşmasına nail olmağa çalışıblar.

Teqlər: