ABŞ Ukraynaya bu raketləri gizli göndərdi

ABŞ Ukraynaya bu raketləri gizli göndərdi

ABŞ mart ayında Ukraynaya 100-dən çox uzaqmənzilli ATACMS taktiki ballistik raketlərini, eləcə də onların kasetli sursat variantını verib.

AzerTimes xəbər verir ki, bunu “Nyu York Tayms” ABŞ administrasiyasındakı yüksək çinli mənbəyə istinadla yazıb.

Mənbənin məlumatına görə, ABŞ Prezidenti Co Bayden fevralın ortalarında bu raketlərin çatdırılmasını təsdiqləyib, lakin sonra bu məlumat ictimaiyyətə açıqlanmayıb:

“ABŞ Kiyevə raketləri mart ayında 300 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində verib. Vaşinqton administrasiyasının rəsmiləri Rusiya hərbçilərinin bundan xəbər tutmaması üçün raketlərin göndərilməsini gizli saxlayıblar. Raketlərin verilməsindən yalnız ABŞ Konqresinin bəzi yüksək vəzifəli nümayəndələri xəbərdar idi”.

Teqlər: