ABŞ Ukraynaya bu qədər silah verib

ABŞ Ukraynaya bu qədər silah verib

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ Ukraynaya 108 haubitsa, 26 min “Javelin”, 1400 ədəd “Stinger”, 220 min artilleriya mərmisi, 50 milyon patron, 75 min dəst zireh və dəbilqə, həmçinin digər tank əleyhinə sistemlər verib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Putinin Ukraynaya qarşı müharibəsi başlayandan bəri Prezident Bayden Ukraynaya 11 hərbi dəstək paketi elan edib. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Ukrayna xalqını öz ölkəsini müdafiə etmək üçün lazım olan hər şeylə təmin etmək üçün çalışırıq”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-ın təhlükəsizlik yardımının ümumi məbləği artıq 4,6 milyard dollara çatıb.

Teqlər: