ABŞ Ukraynaya 4-cü və 5-ci nəsil qırıcı təyyarələrin verilməsi məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Viktroya Nuland deyib.
“Müzakirələri davam etdiririk. Biz uzunmüddətli hava hücumundan müdafiəni nəzərdən keçiririk. Avropanın bəzi ölkələri onları təmin etməkdə maraqlıdır. Bu, onların etməli olacaqları seçimdir”, – deyə Nuland bildirib.