ABŞ Ukraynaya 275 milyonluq hərbi yardım ayırır

ABŞ Ukraynaya 275 milyonluq hərbi yardım ayırır

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi ayırır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə jurnalistlərə bildirib.

“Nazirlik müdafiə sektorunda ehtiyacların ödənilməsi üçün Ukraynaya 275 milyon dollar məbləğində təhlükəsizlik yardımının 24-cü tranşının ayrıldığını elan edir”, – deyə o bildirib.

Onun sözlərinə görə, yeni hərbi yardım paketinə HİMARS üçün raketlər, artilleriya mərmiləri, atıcı silahlar, peyk antenləri daxildir.

Teqlər: