ABŞ prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavə
hərbi yardım ayırmağı tapşırıb, bura tank əleyhinə sistemlər daxil
olacaq.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti, eləcə də ABŞ
dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilib.
Ağ Evdən bildiriblər ki, C.Bayden ABŞ Dövlət Katibinə Ukraynaya
yardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyon
dollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq və
təlimə ayrılmaq üçün səlahiyyət verib.
E.Blinkenin bəyanatında qeyd olunub ki, o, sözügedən yardımın
“Ukraynanın əlavə tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəmək
üçün” verilməsini əmr edib.