ABŞ Ukrayna üçün daha yarım milyard ayırdı

ABŞ Ukrayna üçün daha yarım milyard ayırdı

Birləşmiş Ştatlar Ukraynaya və münaqişədən təsirlənən digər ölkələrə dəstək məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankına 500 milyon dollar ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vəsait enerji və ərzaq təhlükəsizliyinə, nəqliyyat infrastrukturuna investisiyalara, kənd təsərrüfatı istehsalçılarının və ixracatçılarının birbaşa maliyyələşdirilməsinə, əhalinin ən həssas təbəqələrinə, o cümlədən qaçqınlara yardıma yönəldiləcək.

Nazirlik əlavə edib ki, pul Ukraynaya may ayında Konqres tərəfindən təsdiqlənən və ABŞ Prezidenti Co Bayden tərəfindən qanunu imzalanan 40 milyard dollarlıq yardım paketindən əldə edilib.

Teqlər: