ABŞ Ukrayna təcili şəkildə bu sistemləri göndərir

ABŞ Ukrayna təcili şəkildə bu sistemləri göndərir

ABŞ Ukraynaya öz səmasını müdafiə etmək üçün mümkün qədər tez HHM sistemləri göndərəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin mətbuat konfransında deyib.

“Sistemlər fikizi olaraq hansı müddətə çatdıra biləriksə, o müddətdə də Ukraynada olacaq”, – Ostin bildirib.

O qeyd edib ki, Vaşinqton və onun müttəfiqləri Kiyevə ABŞ-ın özündə və “Almaniya kimi ölkələrdə” olan sistemləri, həmçinin Ukrayna ordusunun artıq istifadə etdiyi əlavə silahları vermək niyyətindədir.

Ostin Kiyevə məhz hansı HHM sistemlərinin veriləcəyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Ukrayna Almaniyadan İRİS-T hava hücumundan müdafiə sistemləri aldığını bu gün açıqlayıb.

Teqlər: