ABŞ: Ukrayna bu vaxta qədər hücuma keçməməlidir!

ABŞ: Ukrayna bu vaxta qədər hücuma keçməməlidir!

ABŞ rəsmiləri Ukraynanı yeni hərbi yardım paketi alana və ukraynalı hərbçilər təlim keçənə qədər hücum əməliyyatlarından çəkinməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan məmur bildirib ki, Vaşinqton Berlinlə mübahisəli vəziyyət fonunda Kiyevə “Abrams” tankları kimi texnikaları verməmək qərarına qətiyyətlə riayət edir.

Qeyd edək ki, Rusiyanın hücum əməliyyatları başlayandan bəri ABŞ Ukraynaya 26 milyard dollardan çox yardım göndərib.

Teqlər: