ABŞ Türkiyənin qərarını alqışladı: F-16-ların yolu açıldı

ABŞ Türkiyənin qərarını alqışladı: F-16-ların yolu açıldı

Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməsi ABŞ Konqresində bəzilərinin Ankaraya F-16 təyyarələrinin satışına icazə verməsi üçün mühüm amildir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən TRT-yə açıqlamada bildirilib.

“ABŞ Prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyə tərəfindən F-16-nın modernləşdirilməsini dəstəklədiyini bildirib. Konqresin bəzi üzvləri açıq şəkildə bəyan ediblər ki, F-16-ların Türkiyəyə satışını dəstəkləmək üçün İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək vacibdir”, – qurumdan bildirilib.

Dövlət Departamenti Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb.

Teqlər: