ABŞ: Türkiyə əməliyyata hazırlaşır, ehtiyatlı olun!

ABŞ: Türkiyə əməliyyata hazırlaşır, ehtiyatlı olun!

Qarşıdakı günlərdə Türkiyənin Şimali İraq və Suriyanın şimalında mümkün hərbi əməliyyatları gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Ərbil konsulluğu məlumat yayıb.

Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarına çağırış edərək sözügedən ərazilərdən uzaq olmalarını tövsiyə edib:

“Sərhəd zonalarına getməkdən çəkinin. Gözlənilmədən böyük toplantıda, yaxud etiraz aksiyasındasınızsa, diqqətli olun. Yerli medianı izləyin”.

Teqlər: