Ukrayna indiyədək 23 milyardlıq yardım alıb

Ukrayna indiyədək 23 milyardlıq yardım alıb

Genişmiqyaslı müharibənin başlamasından bəri Ukrayna beynəlxalq partnyorlarından 23 milyard dollar maliyyə yardımı alıb. Tezliklə Kiyev Avropa Birliyindən 2,5 milyard avroluq tranşı gözləyir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın hökumət portalında deyilir.

Bildirilib ki, 23 milyard dollardan 4,8 milyardı AB-dən, 8,5 milyardı isə ABŞ-dan göndərilən yardım təşkil edib.

Vəsaitlər kritikik dərəcədə önəmli sahələrə – dövlət işçilərinə, təqaüdçülərə, miqrantlara və subsidiyaçılara xərclənib.

Teqlər: