ABŞ türk iş adamına sanksiya tətbiq etdi

ABŞ türk iş adamına sanksiya tətbiq etdi

ABŞ hökuməti Türkiyədən olan iş adamı olan Sıtkı Ayan və şirkətinə sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, iş adamı İran İslam İnqilabı Keşikçiləri Korpusunun adından neft satışına və çirkli pulların yuyulmasına yardım etməkdə ittiham olunur.

ABŞ Maliyyə Nazirliyi öz bəyanatında “Ayan” şirkətlərinin İran neftinin satışı üçün beynəlxalq müqavilələr bağladığını, daşınmasını təşkil etdiyini, gəlirlərin yuyulmasına kömək etdiyini açıqlayıb.

“Ayan”ın yüz milyonlarla dollarlıq İran neftinin Çin, Birləşmiş Ərəb Əmirlikləri və Avropadakı alıcılara satışı üçün kommersiya müqavilələri hazırladığı bildirilir.

Teqlər: