ABŞ təsdiqlədi: Türkiyənin adı dəyişdirildi

ABŞ təsdiqlədi: Türkiyənin adı dəyişdirildi

ABŞ rəsmi sənədlərdə Türkiyə adının yazılışını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Belə ki, Dövlət Departamenti yeni rəsmi sənədlərdə Türkiyənin “Turkey” deyil, “Turkiye” yazılması barədə göstəriş verib.

Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində atılıb.

Teqlər: