ABŞ təsdiqlədi: Rusiya İrandan PUA aldı

ABŞ təsdiqlədi: Rusiya İrandan PUA aldı

Ağ Evin sözçüsü Karin Jan-Piyer Rusiyanın İrandan döyüş pilotsuz uçuş aparatları alması ilə bağlı daha əvvəl mediada yayılan məlumatı təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə bildirib.

“Bizdə olan məlumata görə, Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mohajer-6” və “Şahid” seriyalı pilotsuz təyyarələr alıb. Rusiya nəqliyyat təyyarələri İrandakı aerodromda PUA avadanlıqları ilə yüklənib, daha sonra İrandan Rusiyaya uçub. Biz bunu görürük, bunlar bizim dəyərləndirməmizdir” – deyə o bildirib.

Teqlər: