ABŞ təsdiqlədi: Niderlanda 908 milyonluq raket satılır

ABŞ təsdiqlədi: Niderlanda 908 milyonluq raket satılır

ABŞ Dövlət Departamenti ümumi dəyəri 908 milyon dollar olan yüksək dəqiqlikli AGM-158 JASSM qanadlı raketlərinin Niderlanda mümkün satışına icazə verib.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun hərbi texnika və silahların tədarükünə cavabdeh olan agentliyi məlumat yayıb.

Bildirilib ki, departament Niderlanda ümumilikdə 908 milyon dollar dəyərində 120 ədəd AGM-158/B-2 JASSM raketləri və müvafiq avadanlıqların təhvil verilməsini təsdiqləyib.

Razılaşmada həmçinin şəxsi heyətin hazırlığı, silahlara və müvafiq avadanlıqlara texniki qulluq nəzərdə tutulur.

Teqlər: