ABŞ taxıl üçün hərbi gəmilər göndərməyəcək

ABŞ taxıl üçün hərbi gəmilər göndərməyəcək

Rusiya taxıl sazişindən çıxdıqdan sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün yeganə variant quru dəhlizi olaraq qalır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Ukrayna taxılının quru yolu ilə ixracı dənizlə müqayisədə daha az effektiv olacaq, lakin ABŞ yük gəmilərinin hərbi gəmilərlə müşayiət olunması variantını nəzərdən keçirmir. Mövcud olan yeganə variant məhsulları quru, dəmir yolu, yük maşını ilə daşımaqdır. Təbii ki, indi Ukraynada hər şey qurudan daşınır. Daha çətin, daha az səmərəlidir”, – o bildirib.

Teqlər: