ABŞ tarixində ilk dəfə qaradərili qadın Ali Məhkəmənin üzvü seçilib

ABŞ tarixində ilk dəfə olaraq Ali Məhkəmənin üzvü qaradərili
qadın seçilib.

Trend xəbər verir ki, cümə axşamı Senatda baş tutan səsvermədə
Demokratlar partiyasının 50 üzvünün hamısı və Respublikaçılar
partiyasının üç üzvü prezident Co Bayden tərəfindən namizədliyi
irəli sürülən 51 yaşlı Ketanci Braun Ceksonun müvafiq posta
təyinatının lehinə səs verib.

Qeyd edək ki, ABŞ-da Ali Məhkəmənin hakimləri dövlət başçısının
təqdimatı ilə ömürlük vəzifəyə təyin olunurlar. Ali Məhkəmə doqquz
üzvdən ibarətdir.

Ketanci Braun Cekson adıçəkilən vəzifədə 83 yaşlı Stiven Brieri
əvəz edəcək. Sonuncu bu ilin yayında təqaüdə çıxmaq niyyətini
bildirmişdir.