ABŞ tarixində II hadisə: nazir impiçment edildi

ABŞ tarixində II hadisə: nazir impiçment edildi

ABŞ Nümayəndələr Palatası daxili təhlükəsizlik naziri Alexandro Mayorkasa qarşı impiçment elan edib.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, impiçmentin lehinə 214, əleyhinə 213 nəfər səs verib.

Nümayəndələr Palatasında hesab ediblər ki, Mayorkas miqrasiya böhranına görə məsuliyyət daşıyır, çünki onun rəhbərlik etdiyi qurum ABŞ sərhədlərinin qorunmasına cavabdehdir.

Sənədə daha sonra Senatda baxılacaq.

Kanalın məlumatına görə, bu, ABŞ tarixində ikinci belə hadisədir. 1876-cı ildə hərbi nazir Uilyam Belknapa qarşı impiçment elan edilmişdi.

Teqlər: