ABŞ Suriyada mövcudluğunu saxlayacaq – Kirbi

ABŞ Suriyada mövcudluğunu saxlayacaq – Kirbi

ABŞ prezidenti Co Bayden ABŞ hərbçilərinin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qrupa qarşı vuruşan 1000-ə qədər hərbçimiz var”, – deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, С.Bayden bu missiyanı saxlamağa tamamilə qərarlıdır.

“Biz hər zaman hərbçilərimizi və obyektlərimizi qoruyacağıq”, – deyə C.Kirbi əlavə edib.

Teqlər: