ABŞ strateji ehtiyatlarından gündəlik 1 milyon barel neft götürməyi düşünür

ABŞ prezidenti Co Baydenin administrasiyası bir neçə ay ərzində
strateji ehtiyatdan gündəlik bir milyon barel neft götürməyi
düşünür.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat
yayıb.

Məlumata görə, götürülməsi planlaşdırılan neftin ümumi həcmi 108
milyon barrelə çata bilər.

Qeyd olunur ki, ABŞ rəhbərliyi bu cür addımı Ukrayna ətrafında
yaranmış vəziyyət fonunda benzinin bahalaşması və enerji
daşıyıcılarınıən tədarükünün azalması ilə mübarizə çərçivəsində ata
bilər.

Teqlər: