ABŞ Şimali Koreyanın növbəti nüvə sınaqlarının mümkün vaxtını açıqlayıb

Şimalı Koreya artıq may ayında növbəti nüvə sınaqlarını keçirə
bilər.

Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə
ABŞ Dövlət Departamentinin nümayəndəsinin müavini Calin Porter
deyib.

Onun sözlərinə görə, bu artıq yeddinci nüvə sınağı olacaq.

“Birləşmiş Ştatlar hesab edir ki, KXDR Pungeridəki sınaq
poliqonunu hazırlayır və bu ayın əvvəlində artıq sınaqlara hazır
ola bilər”, – C. Porter qeyd edib.

ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib ki, müvafiq
məlumat artıq müttəfiqlər və tərəfdaşlara çatdırılıb, hazırda
onlarla əlaqəli fəaliyyət davam edir.

“ABŞ prezidentinin mayın sonuna planlaşdırılan Yaponiya və
Cənubi Koreya səfəri KXDR-in hərəkətləri fonunda müttəfiqlərlə
koordinasiyanın gücləndirilməsinə həsr olunacaq”, – rəsmi
vurğulayıb.