ABŞ Silahlı Qüvvələrinin qoşun növünə ilk dəfə olaraq qadın komandan təyin edilib

Admiral Linda Feyqan çərşənbə günü ABŞ Sahil Mühafizəsinin
komandanı kimi rəsmən and içib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bununlada o, ölkənin silahlı
qüvvələrinin qoşun növünə rəhbərlik edən ilk qadın olub.

“O, Sahil Mühafizəsinə komandanlıq edən, eləcə də ABŞ ordusunda
qoşun növünə rəhbərlik edən ilk qadın olacaq. Admiral Feyqanın bu
kimi yüksək postlarda yeganə qadın olmamağı üçün işimizi davam
etdirməliyik. Bizə SQ-də yüksək vəzifələrdə daha çox qadın
lazımdır”, – ABŞ prezidenti Co Bayden admiralın andiçmə mərasimində
söyləyib.

Qeyd edək ki, Linda Feyqandan əvvəl ABŞ Sahil Mühafizəsi
komandanı postunu admiral Karl Şults tutub.