ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri koronavirusa yoluxub

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə generalın mətbuat katibi Deyv Batlerə istinadən “CNN” telekanalı xəbər verib.

Onun sözlərinə görə, Mark Milli hazırda vəzifəsini məsafədən icra edir və digər şəxslərlə təmasdan qaçır.

Qeyd edilir ki, Birləşmiş Qərargah Rəisləri Komitəsinin digər nümayəndələrinin koronavirus testi mənfi nəticə verib.