ABŞ Səfirliyi Lənkəranda Amerika Guşəsinin açılışını qeyd edir

ABŞ-nin Azərbaycandakı səfirliyi aprelin 1-də Lənkəran Dövlət
Universitetində yerləşən Lənkəran Amerika guşəsini açmasından
məmnundur. Açılış mərasimində səfir Litzenberger iştirak edərək
yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi
olan Amerika guşəsinin əhəmiyyəti barədə qısa məlumat verib.
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov da tədbirdə
çıxış etdi. Lənkəran Amerika guşəsinə yeni avadanlıq, texnologiya
və materiallar təqdim olunacaq. Güşə dil öyrənmək və təhsil
proqramları üçün artıq açıqdır.

Səfir Litzenberqerqeyd etmişdir ki, “Amerika guşələri və
xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə
münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis
dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə
artırılması üzrə kurslar insanların həyatında müsbət fərq
yaradacaq.”

“İngilis dili dünyaya, daha zəngin həyata və
yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha
çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi
haqqında öyrəndikcə, turistlərin sayı artacaq.

Biz yerli əhaliyə yerli turizm biznesin genişlənməsindən
faydalanmağa və onun idarə etməsinə kömək etmək məqsədi ilə Şəki
gənclərinə məktəbdən kənar ingilis dili təlimini təklif
edirik.

İcra başçısının müavini Mikayıl Cəfərzadə də tədbirdə çıxış
etmişdir.

Amerika Məkanları (American Spaces) proqramı Azərbaycan Dillər
Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə,
Kürdəmir, Salyan, Xaçmaz və Şəkidə yerləşən, indi isə Lənkəranda
açılacaq Amerika güşələrini birləşdirir. Mərkəz və Guşələr ingilis
dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə
etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək
və Maker Space-də (Yaradıcılıq Məkanında) yüksək innovativ
texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr,
bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin,
mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma
numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar
təklif edir.

Lənkəran Amerika Mərkəzi haqqında ətraflı məlumat əldə etmək
üçün https://www.facebook.com/LənkaranACr Facebook səhifəsinə daxil
olun və ya 488 3300, x3617 nömrəli ABŞ səfirliyinin Məlumat Mərkəzi
ilə əlaqə saxlayın.

Teqlər: