ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda gecə klubunda baş verən
partlayışla bağlı başsağlığı verib.
AzerTimes-ın məlumatına görə, bu
barədə səfirlik “Twitter” səhifəsində paylaşım edib.
“Aprelin 3-də baş vermiş partlayış nəticəsində həlak olanları
yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz,
həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, –
paylaşımda deyilir.
Qeyd edək ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9
ünvanında yerləşən “Location” gecə klubunda baş vermiş partlayış
zamanı 1 nəfər ölüb, 31 nəfər yaralanıb.