ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

ABŞ səfirliyi Azərbaycanı təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi 18 oktyabr – Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.

AzerTimes xəbər verir ki, təbrik mesajı diplomat nümayəndəliyin Tvitter səhifəsində paylaşılıb.

Bildirilib ki, ABŞ Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda dinc və firəvan gələcəyin təmin olunmasına sadiqdir.

“Bu il biz Birləşmiş Ştatlar və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra keçən 31 il ərzində biz enerji təhlükəsizliyinin gücləndirilməsi, transmilli təhlükələrlə mübarizə, ikitərəfli ticarət və sərmayələrin inkişafı, habelə fundamental azadlıqların dəstəklənməsi kimi sahələrdə birgə çalışmağa davam edirik”, – ABŞ-ın Azərbaycandakı səfirliyinin təbrikində qeyd olunub.

Teqlər: