ABŞ səfiri Moskvanı tərk etdi

ABŞ səfiri Moskvanı tərk etdi

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Amerikanın Rusiyadakı diplomatik missiyasının rəhbəri kimi işini başa vuraraq Moskvanı tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyi məlumat yayıb.

“Sallivan 2019-cu ilin dekabrında Rusiyaya səfir təyin edilib və bu vəzifədə demək olar ki, üç ilə yaxındır fəaliyyət göstərir. Sallivanın yerinə yeni səfir gələnə qədər Elizabet Rud ABŞ-ın Moskvadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək”,- məlumatda deyilir.

Teqlər: