Ukrayna savaşında həlak olan uşaqların sayı açıqlandı

Ukrayna savaşında həlak olan uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynaya hücumu hücumu nəticəsində 382 uşaq həlak olub, 740-dan çox uşaq yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“2022-ci il sentyabrın 4-ü səhər saatlarına Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1122 nəfərdən çox uşaq zərər çəkib. Rəsmi məlumatına görə, 382 uşaq ölüb, 740-dan çox uşaq yaralanıb”, – deyə bildirilib.

Qeyd olunur ki, bu rəqəmlər yekun deyil, çünki aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə bununla bağlı göstəricilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Teqlər: