ABŞ sanksiya tətbiq etdi, Çin şikayətləndi

ABŞ sanksiya tətbiq etdi, Çin şikayətləndi

ABŞ Rusiyaya yardımda əli olduğu güman edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, Pekin bundan şikayətlənib və bunun qlobal təchizat zəncirlərinin sabitliyinə mənfi təsir göstərəcəyini bildirib.

“ABŞ-ın hərəkətləri birtərəflidir və BMT tərəfindən dəstəklənmir”, – Çin şikayət edib.

Qeyd edək ki, ABŞ bu yaxınlarda 12 Çin müəssisəsini ixraca nəzarət siyahısına əlavə etmək qərarına gəlib.

Teqlər: