ABŞ sakini lotereyada 1 milyard dollar udub

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Miçiqan ştatının sakini “Mega Millions” lotereyasında 1 milyard dollar məbləğində cek-pot udub.

AzerTimes-ın məlumatına görə, adı açıqlanmayan şəxs uduşla bağlı vergilər ödənildikdən sonra 740 milyon dollara yaxın vəsaitin sahibi olacaq.

Bu, ABŞ lotereya tarixində ikinci ən böyük uduş olub. 2018-ci ildə Cənubi Karolina ştatının sakini 1,5 milyard dollar cek-pot udmuşdu.