ABŞ-ın Merilend ştatının İston şəhər sakini 24 saat ərzində 5
lotereya bileti seçərək 400 dollar, sonra isə 50 000 dollar
qazanıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “United Press International” agentliyi
xəbər verib.
O, öz nömrələrini seçmək və onları müxtəlif variasiyalarda
təkrar-təkrar oynamaq üsulundan istifadə etdiyini deyib.
79 yaşlı qalib deyib ki, lotereya oyunçuları oyuna daha ciddi
yanaşmalıdırlar.
Lotereya qalibi bildirib ki, o öz uduşu ilə lazımi hesabları
ödəyəcək, həmçinin uduşun bir hissəsini övladlarına verəcək.