ABŞ S-400-ləri məhv edəcək raketini sınaqdan keçirdi

ABŞ S-400-ləri məhv edəcək raketini sınaqdan keçirdi

ABŞ Quru Qoşunları və “Lockheed Martin” şirkəti birgə Uayt Sends poliqonunda PrSM uzunmənzilli yüksəkdəqiqlikli raketin sınaq uçuşlarını uğurla həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Texkult” nəşri məlumat yayıb.

Bildirilib ki, M-142 HİMARS daşıma və buraxılış konteynerindən buraxılış qurğusu kimi istifadə edilib. Hədəf 150 km məsafədən vurulub.

Mühəndislər raketin korpusuna maksimum yükləmə tətbiq etməklə sürətlənmə mərhələsində idarəetməni təkmilləşdirirlər.

Raketin əsas hədəfləri kimi S-400 sistemi, RLS və idarəetmə məntəqələri müəyyən edilib.

Teqlər: