ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Trend xəbər
verir ki, bununla bağlı müvafiq bildiriş çərşənbə günü ABŞ Maliyyə
Nazirliyinin saytında yerləşdirilib.
Məlumata görə, sanksiyalar “Transkapitalbank”, eləcə də onunla
əlaqəli “İnvesttorqbank”-a qarşı tətbiq edilib.
ABŞ administrasiyasının məlumatına görə, Rusiyanın “Otkrıtie”
bankı ilə əlaqəli olan 16 nəfər də sanksiyala tətbiq edilib.
Bundan əlavə, ABŞ Dövlət Departamenti 600-dən çox Rusiya
vətəndaşına qarşı viza məhdudiyyəti qoyub.