ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri Rusiya
Federasiyasına bütün investisiyaların qadağan edilməsini də əhatə
edəcək.
AzerTimes-ın
məlumatına görə, bu barədə “Reuters” agentliyi bildirib.
Məlumata əsasən, ABŞ, həmçinin Rusiyanın maliyyə institutlarına
qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir
Bildirilib ki, yeni tədbirlər barədə aprelin 6-da məlumat
veriləcək. Sanksiyalar müəyyən sayda Rusiya hökumət məmurlarına və
onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət
müəssisələrinə şamil olunacaq.