ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski
ilə telefonla danışaraq Rusiyaya qarşı yeni sanksiyaları müzakirə
edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki
bildirib.
“Biz bir sıra sanksiyaları nəzərdən keçirməyə davam edirik.
Onlardan daha çox olacaq tətbiq olunacaq. Bu (sanksiyalar mövzusu)
onların bugünkü müzakirələrinin bir hissəsi olub”, – deyə C.Psaki
qeyd edib.
Eyni zamanda, o qeyd edib ki, ABŞ və Ukrayna liderləri danışıq
zamanı hər hansı konkret tədbirləri müzakirə etməyiblər.