ABŞ Rusiyanın qorxduğu sistemin daha 4-nü göndərir

ABŞ Rusiyanın qorxduğu sistemin daha 4-nü göndərir

İndiyə qədər Ukraynaya 12 HİMARS sistemi vermişik. Bu, vəd edilən 20 sistemin yarıdan çoxudur.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli deyib.

O bildirib ki, daha 4 bu cür sistem bu həftə Ukraynaya çatdırılacaq.

Qeyd edək ki, HİMARS sistemləri 300 km hədəfi vurmaq imkanına malikdir. Ancaq ABŞ 80 km-ə qədər olan hədəfi vurmağa imkan verən raketlər təqdim edir. ABŞ müdafiə naziri Lloyd Ostin bu uzaqlığın Ukrayna ordusu üçün kifayət etdiyini bildirib.

Ukrayna son həftələrdə bu sistemlərlə ciddi uğurlara imza atır.

Teqlər: