ABŞ Rusiyanın maliyyə təşkilatlarına, Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edəcək – Ağ Ev

Aprelin 6-da ABŞ hakimiyyəti Rusiya Federasiyasına qarşı yeni
sanksiyalar elan edəcək, məhdudiyyətlər Rusiyanın maliyyə
təşkilatlarına, dövlət müəssisələrinə və məmurlarına şamil
olunacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Ceyn Psaki
bildirib.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, ABŞ-ın əlavə
sanksiyaları Rusiyaya yeni investisiyaların qadağasını da əhatə
edəcək və həmçinin ölkənin əsas güc alətlərini zəiflətməyə
hesablanacaq:

“Bunlara Rusiyaya bütün yeni investisiyaların qadağası, maliyyə
institutlarına və dövlət müəssisələrinə qarşı sanksiyaların
artırılması, Rusiya hökumətinin nümayəndələri və onların ailə
üzvlərinə qarşı sanksiyalar daxildir”.