ABŞ Rusiyanın “Parsek” şirkəti və Rusiya vətəndaşı Roman Alara qarşı sanksiya tətbiq edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, sanksiyalar siyahısına həmçinin Moskva və Vladivostokda yaşayan 4 Çin vətəndaşı və 2 Şimali Koreya vətəndaşı daxil edilib.
Nazirlikdən qeyd ediblə ki, onlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Şimali Koreyaya qarşı sanksiya siyasətinin tərkib hissəsi kimi həyata keçirilib.