ABŞ Rumıniyada iki nüvə reaktoru üçün 3 milyard ayırır

ABŞ Rumıniyada iki nüvə reaktoru üçün 3 milyard ayırır

ABŞ gələn ilin əvvəlində iki yeni nüvə reaktorunun tikintisi üçün Rumıniyaya 3 milyard dollardan çox vəsait ayıracaq.

AzerTimes xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Nikolae Çuka deyib.

“Maliyyələşdirmə Vaşinqtonda yerləşən İxrac-İdxal Bankı tərəfindən təmin ediləcək ki, bu da Rumıniyaya Cernavodada iki reaktorun tikintisi üçün lazım olan məbləğin təxminən üçdə birini ödəməyə imkan verəcək. Zəruri məbləğin qalan hissəsi başqa maliyyə mənbələrindən gələcək”, – o bildirib.

Qeyd edək ki, Cernavoda Rumıniyada Kanada texnologiyası əsasında tikilmiş yeganə atom elektrik stansiyasıdır və 90-cı illərdən fəaliyyət göstərir. Ümumi gücü 1400 MVt olan iki reaktor ölkənin elektrik enerjisinə olan tələbatının təxminən beşdə birini ödəyir.

Teqlər: