Moldova 60 milyon avro kredit aldı

Moldova 60 milyon avro kredit aldı

Moldova parlamenti inflyasiyanın və enerji böhranının təsirlərini yumşaltmaq üçün Fransa İnkişaf Agentliyi ilə 60 milyon avro məbləğində kredit sazişini təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat dərc olub.

“Moldova Fransa İnkişaf Agentliyi tərəfindən ayrılan 60 milyon avro məbləğində kredit alacaq. Deputatlar bu gün keçirilən plenar iclasda Moldova ilə Fransa İnkişaf Agentliyi arasında Kredit Xətti Sazişinin ratifikasiyasına səs veriblər”, – məlumatda qeyd olunub.

Qeyd edilir ki, pul sosial təhlükəsizlik şəbəkəsi proqramlarını gücləndirmək, qaz qiymətlərinin artmasının təsirini yumşaltmaq və bərpa olunan enerji mənbələrini inkişaf etdirmək, islahatları həyata keçirmək üçün istifadə olunacaq. Həmçinin, maliyyə resursları dəmir yolu nəqliyyatının modernləşdirilməsinə yönəldiləcək.

Teqlər: