ABŞ prezidenti Co Baydenin administrasiyası bir sıra Yaxın Şərq ölkələrindən ABŞ hərbi qüvvələri və silahlarının bir hissəsinin çıxarılmasına başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti xəbər verib.
Məlumata əsasən, ABŞ, xüsusən İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından Patriot zenit raket komplekslərinin təxminən səkkiz batareyasının yerini dəyisdirəcək. Bundan əlavə, Səudiyyə Ərəbistanından THAAD (Terminal High Altitude Area Defence) əməliyyatlar teatrında Amerikanın raketdən müdafiə sisteminin bir kompleksi çıxarılacaq.
Bu silahların əksəriyyəti Səudiyyə Ərəbistanından çıxarılacaq.